Xəzər Xəbər

Bakıda QORXUNC HADİSƏ: tros qırıldı, fəhlə öldü VİDEO

Veb TV | 20:53 • 26 Aprel 2021
Bakıda QORXUNC HADİSƏ: tros qırıldı, fəhlə öldü

Bakıda çoxmərtəbəli binanın tikintisi zamanı dəhşətli faciə baş verib. Yükqaldırıcı qurğunun trosu qırılıb, hadisə nəticəsində bir nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət işi başlanıb.

Bakıda 16 mərtəbəli binanın tikintisi zamanı bədbəxt hadisə baş verib. Paytaxtın Qurban Abbasov küçəsində yerləşən binada iş aparılarkən yükqaldırıcı qurğunun trosu qırılıb.

Artıq dünyasını dəyişmiş şəxsin kimliyi də müəyyənləşib. Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, Qurban Abbasov küçəsi 32/34 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qaldırıcı qurğunun yerə düşməsi nəticəsində 37 yaşlı Nəriman Salahov dünyasını dəyişib. 

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 33 yaşlı Ariz Əhmədov 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Xəstəxanadan "Xəzər Xəbər"ə verilən məlumata görə, reanimasiyaya yerləşdirilən yaralı xəstəxanaya qabırğanın sınığı diaqnozu ilə daxil olub və hazırda onun vəziyyəti ağırdır.

Faktla bağlı Səbail rayon prokurorluğunda "əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti