Xəzər Xəbər

“Metsamor” region üçün çox böyük təhlükə mənbəyidir VİDEO

Veb TV | 20:46 • 26 Aprel 2021
“Metsamor” region üçün çox böyük təhlükə mənbəyidir

Metsamor Atom Elektrik Stansiyası istismar müddətini başa vurub. Hətta onun təhlükəsiz rekonstruksiyası da mümkün deyil. Lakin Ermənistan yenə də bölgə üçün çox böyük təhlükə mənbəyi olan bu stansiyadan əl çəkmir. Mənfur qonşumuz hətta beynəlxalq təşkilatların çağırışlarına da məhəl qoymur.

Metsamor Atom Elektrik Stansiyası təkcə Ermənistan üçün yox, bütövlükdə region üçün ən böyük təhlükədir.

Radiasiya Problemləri İnstitutunun Direktoru Adil Qəribov deyir ki, stansiyanın 1-ci və 2-ci blokları 1979-cu ildə istismara verilib. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ ilə əlaqədar Metsamorun fəaliyyəti dayandırılıb. 1-ci blokun gövdəsində çat əmələ gəldiyi üçün o, işə salınmayıb. 1995-ci ildə isə 2-ci enerji blokunun fəaliyyəti bərpa edilib. 

2 il əvvəl reaktorda yenidən rekonstruksiya aparılsa da, bu yenilənmə stansiyanı tam əhatə etməyib.

Metsamor Atom Elektrik Stansiyası 9 ballıq zəlzələ zonasında yerləşir. Ancaq Ermənistan nüvə ölkəsi statusunu itirməmək üçün stansiyadan əl çəkmək istəmir.

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olduğu 2001-ci ildən başlayaraq hər il baş konfransda bu məsələni qaldırır. BMT-nin Atom Enerjisinin Dinc Məqsədlər üzrə Komissiyasının iclaslarında da mütəmadi olaraq iradlar bildirilib. 2020-ci ildə Avropa İttifaqı da növbəti dəfə Ermənistanı stansiyanı bağlamağa çağırb. Amma bu çağırışlar heç biri nəticə vermir. 

 

Xəbər lenti