Xəzər Xəbər

Sumqayıtda güclü partlayış baş verib video

Veb TV | 19:55 • 19 Aprel 2021
Sumqayıtda güclü partlayış baş verib

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən 2 saylı yataqxanada güclü partlayış baş verib.

Xezerxeber.az-ın məlumatına görə, yataqxananın hamam otağında baş verən güclü partlayış nəticəsində 17 yaşlı yeniyetmə Emral Xasiyev ağır yanıq xəsarətləri alıb.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan Emral Xasiyevin vəziyyəti ağır olduğundan, o, dərhal Bakı şəhər 5 saylı yanıq mərkəzinə göndərilib.

Qeyd edək ki, yataqxananın birinci mərtəbəsində yalnız bir hamam var. Partlayış o qədər güclü olub ki, hamama bitişik digər otağın divarı da dağılıb.

Hadisə yerinə FHN-in əməkdaşları baxış keçiriblər. Partlayışın hansı səbəbdən baş verdiyi  araşdırılır.

2 saylı yataqxana 60 il bundan əvvəl tikilib. Yataqxanada 210 nəfər yaşayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar