Xəzər Xəbər

Polis külli miqdarda narkotik aşkarladı, saxlanılanlar var video

Veb TV | 19:22 • 19 Aprel 2021
Polis külli miqdarda narkotik aşkarladı, saxlanılanlar var

Gəncədə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Şəki şəhər sakini Pərviz Salamov, Mingəçevir şəhər sakini Feruz Paşayev və Göyçay rayon sakini Emil Eyubov saxlanıb. Üzərlərinə şəxsi axtarış keçirilən zaman Pərviz Salamovdan çəkisi 17.481 qram narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Feruz Paşayevin idarə etdiyi avtomobildən 1 kq 85 qram narkotik vasitə olan "heroin" və 5 kq 600 qram çəkidə qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri daha bir əməliyyatla "tiryək" qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, şübhəli bilinən, müştəri qismində  taksiyə əyləşərək Bakı şəhəri istiqamətində hərəkətdə olan Abşeron rayon sakini Rais İbrahimov Hacıqabul rayonu ərazisində saxlanıb. Onun əlindəki sellofan torbaya baxış keçirilən zaman ümumi çəkisi 4 kq 175 qram narkotik vasitə olan "tiryək" aşkar edilirək götürülüb.

Quba polisi də şəhər sakini Rauf Məmmədovun  yaşadığı evə və evin həyətyanı  sahəsinə baxış keçirib. Oradan  təmiz çəkisi 4 kq 20 qram qurudulmuş marixuana, 11 ədəd çətənə  bitkiləri  və 1 ədəd tir tüfəngi aşkar edilərək götürülüb.

Rayon  polis  şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Quba rayonu  Nügədi kənd sakini  Hacı Ömərovun üzərindən  və  Quba rayonu ikinci  Nügədi kənd sakini Ömər Paşayevinn  idarə etdiyi  avomobildən  müxtəlif çəkilərdə kustar üsulla hazırlanmış heroin, qurudulmuş marixuana və psixotrop maddə hesab edilən metafetamin, narkotik vasitə hesab olan metadon həbi götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar