Xəzər Xəbər

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb video

Veb TV | 19:32 • 19 Aprel 2021
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. İdarəetmədən çıxan sərnişin avtobusu səkiyə çırpılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib.

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus 147 nömrəli texniki-humanitar liseyin qarşısında qəzaya uğrayıb.

Hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları gəlib. Yaralıları təcili yardımla xəstəxanaya aparıblar. Sürücü İsmayıl Əliyevə hadisə yerində yardım edilib.

Qəzaya uğrayan avtobus ərazidən götürülüb.

Qeyd edək ki, qəzanın təsirindən səkidə olan bir ağac da kökündən qopub. Ağac Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən doğanaraq ərazidən daşınıb.

Faktla bağlı araşdırmalar aprılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti