Xəzər Xəbər

Sabirabad meşəsində ağaclar kəsilib video

Veb TV | 21:45 • 17 Aprel 2021
Sabirabad meşəsində ağaclar kəsilib

Sabirabadın Dadaşbəyli kəndində ağaclar kəsilib.

Kənd sakinləri iddia edir ki, vaxtilə meşə zolağı olmuş ərazi uzun müddətdir kənd sakini Firdovsu Hüseynov tərəfindən icarəyə götürülüb.

Ağacların kəsilməsi də həmin ərazidə baş verib. Meşə zolağının bir hissəsində yonca və buğda əkilib. Sakinlər bir neçə gündür meşə zolağında ağacların kəsilərək doğrandığının şahidi olublar.

Xezerxeber.az-ın məlumatına görə, kəndlilər bildirir ki, əvvəllər də bu zonada agaclar kəsilib. Meşədəki  agaclar əvvəlki  vaxtlarla müqayisədə xeyli seyrəlib.

Firdovsi Hüseynovun sözlərinə  görə, ərazidə tut və ərik bağları salınıb.Bu bağların suvarılması üçün kanalın çəkilməsinə başlanılıb. Kanalın çəkilməsinə maneə  törətdiyi üçün 5 ağac sonradan kəsilib.O ki qaldı sakinlərin iddia  etdiyi əraziyə, Firovsi Hüseynov qeyd  edib ki, həmin sahə ötən ildən nazirliyin balansına qaytarılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Sabirabad Regional Meşə Təsərüfatı Mərkəzindən isə bildirlib ki, həmin meşəlik ərazidə 5 qovaq ağacının kəsilməsi qurumun əməkdaşları tərəfindən aşkar olunaraq aktlaşdırılb.Ağacları kəsən şəxs barəsində inzibati qaydada cərimə tətbiq edilərək aidiyyəti üzrə göndərilib.                                                

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti