Xəzər Xəbər

NZS-də kanalizasiya suyu küçəyə axır video

Veb TV | 19:59 • 17 Aprel 2021
NZS-də kanalizasiya suyu küçəyə axır

Paytaxtın Xətai rayonu, NZS qəsəbəsi Aşıq Qurban 25/15 ünvanında yaşayan vətəndaşlar kanalizasiya borusunun tez-tez partlamasından şikayətçidirlər.

Onlar bildirirlər ki, ətrafa yayılan üfunətdən əraziyə çıxmaq və evin pəncərəsini açmaq mümkün deyil.

Sakinlərin sözlərinə görə, bu vəziyyət iki aydır ki, davam edir. Problemin köklü həlli üçün isə kanalizasiya boruları yenilənməlidir. Bununla bağlı sakinlər dəfələrlə müvafiq qurumlara şikayət etdiklərini deyirlər. Lakin heç bir nəticəsi olmayıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, artıq əraziyə qəza briqadaları göndərilib və problem ən qısa zamanda həll ediləcək.                                     

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti