Xəzər Xəbər

Alban-Udi Xristian dini icması üzvləri Tuğ kəndindəki alban məbədini ziyarət ediblər video

Veb TV | 21:16 • 17 Aprel 2021
Alban-Udi Xristian dini icması üzvləri Tuğ kəndindəki alban məbədini ziyarət ediblər

Alban-Udi Xristian dini icması üzvlərinin erməni işğalından azad edilmiş Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.

Xezerxeber.az xəbər verir ki, səfər zamanı Tuğdakı qədim alban məbədi ziyarət olunub və Pasxa bayramı münasibətilə dini ayin icra edilib.

İcmanın 10-a yaxın üzvü məbəddə dini ayinlər icra ediblər. Həmçinin 44 günlük Vətən müharibəsi şəhidlərimizin ruhuna dualar oxuyublar.

İcma sədri Robert Mobili bildirib ki, bu məbədin hər bir elementi qədim alban irsinə məxsusdur. Ancaq ermənilər məbəddə çoxlu saxtalaşdırma həyata keçirib, məbədi mənimsəməyə çalışıblar.

Məbədin içərisində olduğu kimi çölündə də saxtalaşdırma izləri var. Üstəlik, məbədin həyətinə sonradan erməni hərfləri ilə yazılan qədim daşları qoyublar.

Bakı  Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov bildirib ki, multikultural ölkə olan Azərbaycan ermənilər tərəfindən dağıdılan tarixi və dini abidələri bərpa edəcək.

Səfər zamanı o da bildirilib ki, bu məbədlərdə araşdırma aparılması üçün tarixçilər cəlb olunacaq. Bununla da ermənilərin saxtakarlıqları bir-bir üzə çıxarılacaq.                                                 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti