Xəzər Xəbər

Azərbaycan ordusu peyk xidmətinin imkanlarından maksimum istifadə edib VİDEO

Veb TV | 20:35 • 12 Aprel 2021
Azərbaycan ordusu peyk xidmətinin imkanlarından maksimum istifadə edib

44 günlük vətən müharibəsi zamanı "Azərkosmos"un peyk xidmətlərindən maksimum istifadə olunub.   Müharibə bitdikdən sonra da minalanmış ərazilərin təmizlənməsi və yenidənqurma işlərində qurumun xidmətləri davam etməkdədir. "Azərkosmos"un sədr müavini Dünay Bədirxanov "XəzərXəbər"ə müsahibəsində "Azərkosmos"un fəaliyyət göstərdiyi 10 il ərzində əldə edilən uğur və gəlirlərdən danışıb. 

Azərbaycanın Vətən müharibəsində qələbəsində ölkənin sahib olduğu peyklərin böyük rolu olub. Yüksək texnologiyalardan istifadə edən Azərbaycan ordusu peyk xidmətinin verdiyi imkanlardan maksimum faydalanıb. Bunu "Xəzər Xəbər"ə açıqlamasında "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Dunay Bədirxanov deyib. 

Dunay Bədirxanov bildirib ki, müharibə bitdikdən sonra da minalanmış ərazilərin təmizlənməsi və yenidənqurma işlərində qurumun xidmətləri davam etməkdədir.

Dünay Bədirxanov "Azərkosmos"un fəaliyyətə başladığı 10 il ərzində əldə edilmiş gəlirlərdən də danışıb.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki "Azərspace-1", 2014-cü  ildə "Azərsky" və 2018-ci ildə "Azərspace - 2 peykləri uğurla orbitə çıxarılıb və hazırda həmin peyklərin tutumlarından istifadə olunur.

 

 

Xəbər lenti