Xəzər Xəbər

Rektor koronavirusa yoluxdu, ali məktəbdə dərslər dayandırıldı VİDEO

Veb TV | 20:44 • 12 Aprel 2021
Rektor koronavirusa yoluxdu, ali məktəbdə dərslər dayandırıldı

Pandemiya səbəbindən Milli Konservatoriyada da əyani dərslər dayandırılıb. Müəllimlərlə yanaşı virusa yoluxanlar arasında konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi də var. Xalq artisti vəziyyətinin normal olduğunu bildirib.

Milli Konservatoriyada da əyani dərslər dayandırılıb.

Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov bildirib ki, müəllimlər arasında COVID-19 testinin nəticəsi pozitiv çıxanlar olub. Bu səbəbdən də bu gündən tədris müəssisəsində əyani dərslər dayandırılıb.

Koronavirusa yoluxanlar arasında Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi də var. O, 8 gündür ki, evdə müalicə alır.

Xalq artisti vətəndaşlara koronavirusdan qorunmaq üçün tövsiyələrini də verib.

Xalq artisti Niyaməddin Musayev də koronavirusa yoluxub. Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən xalq artistinin vəziyyətinin normal olduğu bildirilib.

 

Xəbər lenti