Xəzər Xəbər

Neftçalada 14 yaşlı qıza təcavüz edilib video

Veb TV | 20:50 • 9 Aprel 2021
Neftçalada 14 yaşlı qıza təcavüz edilib

Neftçala rayonunda 14 yaşlı qız təcavüzə məruz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Mirqurbanlı kəndində baş verib.

Kənd sakinlərinin dediyinə görə, anası tərəfindən atılan yetkinlik yaşına çatmayan qız qardaşları ilə birlikdə nənə və babasının himayəsində olub.

İddialara görə, Mirqurbanlı kənd orta məktəbində oxuyan 9-cu sinif şagirdi uzun müddət öz qohumu və kənddəki bir neçə kişi tərəfindən təcavüzə məruz qalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Xəzər Xəbər"ə bildirib ki, baş vermiş hadisə nəzarətə götürülüb.

Aidiyyəti qurumlarla faktın araşdırılması istiqamətində işlər davm etdirilir. Komitədən bildirilib ki, hazırda əsas məqsədlərdən biri də qızın aldığı tramvanın aradan qaldırılmasıdır. Bakıdakı qadın sığnacağına yerləşdirilən qızın yaxın vaxtlarda təhsilini sığnacağa yaxın orta məktəblərin birində  davam etdirməsi nəzərdə tutulur.

Sığnacağın direktoru Mehriban Zeynalova isə bildirib ki, qız hazırda adaptasiya prosesi keçir. Onun sözlərinə görə, məktəbli qız əvvəlkinə nisbətən özünü yaxşı hiss edir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin faktla bağlı başlanmış cinayət işi üzrə istintaq prosesində iddialar və hadisə ilə bağlı faktın təfərrüatları tam və hərtəfli araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti