Xəzər Xəbər

Qarabağa qayıdışla bağlı keçirilən sorğunun növbəti mərhələsi başlayır video

Veb TV | 21:47 • 9 Aprel 2021
Qarabağa qayıdışla bağlı keçirilən sorğunun növbəti mərhələsi başlayır

Qarabağa qayıdışın effektiv təşkili üçün keçirilən sorğularda növbəti mərhələ başlamaq üzrədir.

Xezerxeber.az-ın məlumatına görə, ADA Universitetində yaradılmış tədqiqat qrupunun keçirdiyi sosioloji sorğulardan ilki - kütləvi xarakter daşıyan və bütün məcburi köçkünlərin iştirak edə biləcəyi onlayn sorğudur və maraq olduqca çoxdur.

Tədqiqat qrupunun üzvü,  AMEA-nın şöbə müdiri Rəsmiyyə Abdullayevanın sözlərinə görə, üzbəüz sorğuların əsas məqsədi məcburi köçkünlərin qayıdışla bağlı niyyət, istək və təkliflərini dərindən öyrənmək, repatriasiyanın ümumi potensialını və mərhələlər üzrə "sıxlığını" qiymətləndirməkdir. Verilən cavablar arasında öz hesabına qayıtmaq istəyənlər də çoxluq təşkil edir.

Qarabağın bərpa və gələcək inkişafında özəl sektorun iştirakı və qoyulacaq yatırımların əhəmiyyəti önəm daşıdığından, sahibkarlar arasında da sorğu təşkil ediləcək. Məqsəd, sahibkarların işğaldan azad olunan ərazilərdə investisiya qoyuluşu ilə bağlı rəyini öyrənməkdir. Sorğunun müsahibə formatında təxminən 300 sahibkarla keçirilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti