Xəzər Xəbər

Tovuzda məktəb binası təhlükəli vəziyyətdədir video

Veb TV | 19:36 • 6 Aprel 2021
Tovuzda məktəb binası təhlükəli vəziyyətdədir

Tovuzda 250 şagirdin, müəllimlərin və texniki işçilərin həyatı təhlükə qarşısındadır.

Çünki rayonun Aşağı Öysüzlü kəndində yerləşən Araz Hüseynov adına tam orta məktəbin binası qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, güclü külək, zəlzələ və Tovuz döyüşləri zamanı ətraf ərazilərə düşən mərmilər istismar müddətini başa vurmuş təhsil ocağında qəzalı vəziyyəti daha da qəlizləşdirib. Odur ki şagirdlər bu binada tədris zamanı hər an təhlükə ilə üz-üzədir. Məktəbin qəzalı vəziyyətinə görə 470 şagirddən sadəcə  250-si burada təhsil alır. Valideynlərin böyük bir qismi övladlarını digər məktəblərə yerləşdiriblər. Mövcud vəziyyət valideynləri narahat edir.

Məktəbin balansında olan tikililərdən birinin bir əsr yaşı var.Bu bina keçmişdə bəylərin yardımçı təsərrüffat tikililəri olub.

Tovuz Rayon Təhsil Şöbəsi də təhsil ocağının mövcud vəziyyətindən xəbərdardır. Şöbədən deyilib ki, sözügedən məktəb yeni tikiləcək təhsil ocaqlarının siyahısındadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024