Xəzər Xəbər

Xaricdə COVID -19-a yoluxmuş turistin xərcləri qarşılanırmı? video

Veb TV | 21:34 • 6 Aprel 2021
Xaricdə COVID -19-a yoluxmuş turistin xərcləri qarşılanırmı?

Koronavirus pandemiyası başladığı və uçuşların bərpa ediliyi vaxtdan xarici səfərlərə gedənlər üçün lazım olan turizm sığorta paketinə yeni xidmət əlavə olunub.

Xezerxeber.az-ın məlumatına görə, pandemiya dövründə xaricə səfər edən vətəndaş olduğu ölkədə virusa yoluxarsa, ya qaldığı oteldə karantində qalır, ya da xüsusi ayrılmış yerlərdə müalicəyə cəlb olunur. Məhz bu səbəbdən pandemiya vaxtında səfər edənlər əlavə olaraq COVID -19 xəstəliyi üçün də  sığortalanır. Buna  görə səyahət edən şəxslər 20 manatdan başlayaraq əlavə pul ödəyirlər.

Sığorta paketinə əsasən vətəndaş səfər müddətində koronavirusa yoluxarsa ,onun bir sıra xərcləri sığorta şirkəti tərəfindən qarşılanır. Qarşılanan xərclər yalnız həkim və müalicə üçün istifadə olunur.

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, turist virusa yoluxubsa, biletə xərclənən pul heç bir halda tam şəkildə qaytarılmır.Ya biletin vaxtı dəyişdirilir, ya da məbləğin müəyyən hissəsi ödənilir.Belə olan halda isə müştəri əlavə xərcə düşmüş olur.

Ekspert onu da bildirib ki, hazırda bir sıra ölkələr turistlərin qəbulunu dayandırıb. Lakin COVID - 19  testi verməklə turizm bölgələrinə  səyahət etmək mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti