Xəzər Xəbər

Rəmiş vəfat edib video

Veb TV | 21:09 • 5 Aprel 2021
Rəmiş vəfat edib

Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Rafiq Hüseynov uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi. O, bu gün dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, mərhumun vəfatını eşidən Xalq artistləri və digər musiqiçilər Rəmişin yaşadığı evin qarşısına gəliblər. Onlar tanınmış gitara ifaçısının xalqın qəlbində unudulmaz sənətkar olaraq qalacağını bildiriblər.

Yaxınlarının dediyinə görə, sənətkar son günlərini çox ağır keçirib. İki həftə demək olar ki, hər şeyi əl hərəkətləri ilə izah edib.

Xalqımızın yaddaşında gözəl ifaları ilə özünə yer edən sənətkarın ifaları yaddaşlardan silinməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti