Xəzər Xəbər

Qoşulmama Hərəkatı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir video

Veb TV | 23:21 • 5 Aprel 2021
Qoşulmama Hərəkatı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

Dünyanın BMT-dən sonra ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına üzv dövlətlər həm Vətən müharibəsindən əvvəl, həm də müharibə ərzində Azərbaycanın haqlı savaşının yanında oldular.

Xezerxeber.az-ın məlumatına görə, 120-dən çox üzvü olan bu təşkilat dünyanın ən nüfuzlu təşkilatlarından biridir. 2011-ci ildən Azərbaycan bu təşkilatın üzvüdür. 2016-cı ildə isə Azərbaycanın 2019-2022- ci illərdə təşkilata sədrliyi dəstəkləndi. Üzv dövlətlərin ölkəmizi dəstəkləməsi siyasi arenalarda da söz sahibliyini daha da gücləndirdi. Təşkilatın 2019-cu il 25-26 oktyabrda keçirilən 7-ci qlobal forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın işğal faktı ilə barışmayacağını və Qarabağ reallıqlarını hər kəsin diqqətinə çatdırdı.

Müharibədən əvvəl qondarma qurumda keçirilən seçkilərə Qoşulmama Hərəkatının üzvlərinin etirazı xarici siyasətdə atılan uğurlu addımlardan biri idi. Müharibə ərzində də təşkilata üzv dövlətlər Azərbaycanın yanında olduqlarını göstərdilər. Buna bariz nümunə isə 2020-ci ilin oktyabr ayının 19-da BMT-də Azərbaycanın maraqlarına uyğun olmayan sənədin qəbulunun qarşısının alınmasıdır.

Qeyd edək ki, 2022-ci ildə də təşkilata Azərbaycan sədrlik edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti