Xəzər Xəbər

Azad olunmuş ərazilərdə ermənilərin daha bir saxtakarlığı aşkarlanıb video

Veb TV | 22:21 • 5 Aprel 2021
Azad olunmuş ərazilərdə ermənilərin daha bir saxtakarlığı aşkarlanıb

Ermənilər işğal altında saxladıqları ərazilərə üzərində ermənicə yazılar yazılmış daşlar qoyublar. Bu cür daşlar Cəbrayılın işğaldan azad olunmuş Horovlu kəndində də aşkarlanıb. Məqsəd isə hər zamankı kimi tarixi saxtalaşdırmaq və bu ərazilərdə ermənilərin yaşadığına dair saxta izlər qoymaq olub.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı Faiq İsmayilov bildirib ki, emənilər həmişə Azərbaycanın milli-mədəni dəyərləri üzərində saxtakarlıqlar ediblər.

O deyib ki, tarixi-mədəniyyət və memarlıq abidələrinin quruluşu erməni memarlığına uyğun gəlmir. Bu səbəbdən də həmin tikililərin formlalarını və orijinal görkəmini dəyişidirərək erməni abidələri kimi təqdim etməyə çalışıblar. Onlar həmçinin, bədii daşlar və xaçlar hazırlayır, həmin hissələri müxtəlif maddələrə salaraq daşın rəngini dəyişir, köhnə göstərməyə çalışırlar.

Kəlbəcərdə və digər ərazilərdə Alban xaç daşları hazırlayan bir neçə sex aşkarlanıb.

Faiq İsmayilovun sözlərinə görə, saxta xaç və başdaşları hazırlamaq üçün hər il may ayında Şuşada festival da keçirilib və oraya dünyanın bir çox ölkələrindən memarlar dəvət olunub.

Sonra isə hazırlanmış materiallar işğal altındakı ərazilərə yerləşdirilib. Ermənilərin orada yaşamaları ilə bağlı saxta izlər qoymaq üçün isə əsasən qəbiristanlar hədəf seçilib.

Yaşayış məntəqələrinin sakinləri də bildiriblər ki, işğaldan əvvəl həmin qəbiristanlarda o cür baş daşları olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti