Xəzər Xəbər

Bu məktəblər distant tədrisə keçdi VİDEO

Veb TV | 20:36 • 29 Mart 2021
Bu məktəblər distant tədrisə keçdi

Bölgələrdə müəllimlər və şagirdlər arasında COVID-19-a yoluxma olduğundan bəzi məktəblər distant təhsilə keçib. Qazaxda  6 məktəb bağlanıb. Aslanbəyli kənd orta məktəbinin direktoru isə dünyasını dəyişib. Gəncədə də bir məktəbin direktoru koronavirusa görə dünyasını dəyişib.

Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb. Müəllimlərlə bərabər şagirdlərdən də yoluxanlar var.  Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.

Bağlanan məktəblər  İsmayıl Şıxlı adına Kosalar kənd orta məktəbi,Canallı kənd orta məktəbi,Şəhər beş saylı Namiq Əliyev adına tam orta məktəb,Şəhər bir saylı Səlim Əfəndiyev adına tam orta məktəb,Daş Salahlı bir və iki nömrəli tam orta məktəblərdir.  Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov isə COVID-19-dan vəfat edib.

Gəncədə də 13 saylı orta məktəbin direktoru Hüsnay Mövlayeva da konronavirus səbəbilə dünyasını dəyişib. Təhsil müəssisəsinin müəllimlərinin sözlərinə görə, 60 yaşlı direktor yalnız 1-ci vaksinasiyadan yararlana bilmişdi.  Ümumiyyətlə Gəncə şəhrində bir neçə orta məktəb bu ayın əvvəlində yoluxma səbəbilə onlayn təhsilə keçib.

Hazırda Gəncə şəhərində 41 məktəbdə dərslər əyani qaydada aparılır.

 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024