Xəzər Xəbər

Nizami Səfərov: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb VİDEO

Veb TV | 20:27 • 29 Mart 2021
Nizami Səfərov: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb

Erməni dövlətinin mahiyyəti terrorçuluq və terrordur. Azərbaycanlılara qarşı törədilən cinayət əməllərinə görə, Ermənistan həm dövlət olaraq, həm də ayrı-ayrı vəzifəli şəxsləri məsuliyyət daşımalıdır''. Bunu millət vəkili Nizami Səfərov deyib. "Dağlıq Qarabağın Azərbaycanlı İcması" ictimai birliyinin sədri Tural Gəncləyiyev isə bildirib ki, individual məsuliyyət məsələsinin müzakirəsi vacibdir və bu əməli törədənlərin məsuliyyətinə hüquqi qiymət verilməlidir.

"Ermənilərin Azərbaycan ərazisindən çıxardığı mədəni sərvətlər qaytarılmalıdır". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Müharibə və soyqırım cinayətləri beynəlxalq hüquq kontekstində" adlı dəyirmi masada çıxışı zamanı deyib. Bildirib ki, Ermənistan 30 il müddətində beynəlxalq konvensiyaların tələblərini pozub. Millət vəkili bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin araşdırılması və bu məsələyə hüquqi qiymətin verilməsi üçün xüsusi komissiya yaradılıb. 

Millət vəkili qeyd edib ki, artıq Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb.

"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Tural Gəncləyiyev isə qeyd edib ki, həm Xocalı soyqırımına, həm də 31 mart azərbaycanlıların soyqrırımına siyasi qiymət artıq verilib. İndi əsas məsələ azərbaycanlılara qarşı törədilən bu soyqırım aktlarına hüquqi qiymətin verilməsi və bu hadisələri törədənlərin fərdi qaydada məsuliyyətə cəlb olunmasıdır.

Tədbirdə bildirilib ki, Azərbaycan beynəlxalq hüquqdan irəli gələn bütün öhdəliklərə sadiqədir. Bu hüququn verdiyi imkanlardan axıra qədər istifadə ediləcək.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024