Xəzər Xəbər

Qadınlardan oğurladıqları cibindən çıxdı: Deməyə söz tapmadı... VİDEO

Veb TV | 19:51 • 22 Mart 2021
Qadınlardan oğurladıqları cibindən çıxdı: Deməyə söz tapmadı...

Mingəçevirdə qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanıb. O, əməlini etiraf edib. Indi polis həmin adamın başqa əməllərinin olub-olmadığını araşdırır.

Mingəçevirdə bankomatdan pul çıxaran, alış-veriş edən qadınları izləyib onlara qarşı soyğunçuluq edən şəxs tutulub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Etibar Məmmədov saxlanıb. O, şəhərin Xətai küçəsində qadının bankomatdan pul çıxardığını gördükdən sonra onu izləyib və qadın yaşadığı binaya daxil olarkən ona fiziki güc tətbiq edib, cibində olan pulu götürdükdən sonra hadisə yerindən uzaqlaşıb.

Saxlanan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun şəhərin 20 Yanvar küçəsində daha bir qadının pulqabısını soyğunçuluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. Saxlanan şəxs törətdiyi cinayət əməlini etiraf edib və ələ keçirdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir. Həmin şəxsin digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə,  habelə "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

Xəbər lenti