Xəzər Xəbər

Bu gündən 40 yaşdan yuxarı şəxslərin vaksinasiyası başladı VİDEO

Veb TV | 20:27 • 22 Mart 2021
Bu gündən 40 yaşdan yuxarı şəxslərin vaksinasiyası başladı

Bu gündən 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıb. Səhər saatlarından vaksin vurdurmaq istəyən vətəndaşların aktivliyi müşahidə edilib. Peyvənd olunanlar arasında əcnəbilər də var. 

40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıb.

Paytaxtda vaskinasiyanı Səhiyyə Nazirliyi həyata keçirilir. Səhər saatlarından poliklinikalarda aktivlik müşahidə edilib. 

Vətəndaşlar qeydiyyatdan keçdikdən sonra onların səhhəti yoxlanıb və ardınca peyvənd olunublar.

Peyvənd vurduranlar arasında əcnəbilər də var.Onlar müvvəqəti qeydiyyat vəsiqələri ilə tibb müəssisələrinə müraciət edirlər.

Bölgələrdə isə vaksinasiyanı TƏBİB həyata keçirir. Ağsuda 40 yaşdan yuxarı vətəndaşlarla yanaşı ikinci dozanı vurdurmaq üçün gələnlər də olub. 

Vaksin vurdurmaq istəyənlər həftənin 6 günü saat 9-dan 17-dək tibb müəssisələrinə müraciət edə bilərlər.

 

Xəbər lenti