Xəzər Xəbər

Xeyirxahlıqla zəriflik bir dibçəkdə birləşdi - Hər dibçəyin üzərinə bir şəhid övladının adı yazılıb VİDEO

Veb TV | 20:26 • 21 Mart 2021
Xeyirxahlıqla zəriflik bir dibçəkdə birləşdi - Hər dibçəyin üzərinə bir şəhid övladının adı yazılıb

Paytaxtda şəhid və qazi ailələrinin övladlarının təhsilinə dəstək məqsədilə "Xeyirxahlıqla zəriflik birləşəndə" adlı maraqlı aksiya həyata keçirilir. Dibçəkdə güllər əkilir və alıcılara təqdim olunur. Satışdan gələn gəlir isə ataları ya da ailə üzvləri müharibədə şəhid olan ailələrin övladlarının təhsilinə xərclənir. Əməkdaşlarımız maraqlı aksiyanı yerində izləyiblər.

Hər dibçəyin üzərinə bir şəhid övladının adı yazılıb. Daha sonra bu dibçəklər satışa çıxarılıb və burdan gələn gəlir elə şəhid övladlarının təhsilinə xərclənir.

Simurq Təhsil Fondunun təşkil etdiyi bu aksiya "Xeyirxahlıqla zəriflik birləşəndə" şüarı ilə yola çıxıb... Fond hər birinin üstündə bir şəhid balasının adı yazılan çiçəklər yetişdirir.

Bəli, hər biri Vətən uğrunda canından keçən və ya sağlamlığnı itirən bir atanın balasının adına əkilmiş bu çiçəklər onların təhsili üçün satışa çıxarılır.


Balaca dibçəklərdə əkilən çiçəklər bu fonddan evlərə yayılır. Buraya çiçək almaq üçün gələnlərdən bir müddət sonra könüllüyə çevrilənlər də var:  


Bu qızlar deyirlər ki, bizim bu övladların atalarına borcumuz var:

Təhsil fondu sadəcə bu aksiya ilə kifayətlənmir. Bundan əvvəl də "300 kitab" layihəsi həyata keçirib, indi də bəzi müəlliflərin kitabları onların vasitəsilə satışa qoyulub ki, hər iki layihənin satışından gələn gəlir də eyni məqsədlə istifadə olunur.

 

Xəbər lenti