Xəzər Xəbər

Cıdır düzündə Azərbaycanın zəfər tonqalı qalandı - Dövlət başçısı xalqımızı Şuşadan təbrik etdi VİDEO

Veb TV | 20:17 • 21 Mart 2021
Cıdır düzündə Azərbaycanın zəfər tonqalı qalandı - Dövlət başçısı xalqımızı Şuşadan təbrik etdi

Torpaqlarımız işğaldan azad olundu, 29 illik həsrət sona çatdı. Prezident İlham Əliyev Şuşada ilk dəfə tonqal qaladı və Azərbaycan xalqını məhz Qarabağın ürəyindən təbrik etdi. Bəs bu tarixi tonqal xalqımız üçün nə demək idi, əhəmiyyəti nə idi? Ümumiyyətlə Şuşa Azərbaycan üçün nə əhəmiyyət kəsb edir? Tarixçi alim, Musa Qasımlı bununla bağlı "XəzərXəbər"ə danışıb.

30 illik həsrət sona çatdı. Azad edilən Şuşada, Cıdır düzündə ilk dəfə Novruz tonqalı qalandı.

Prezident İlham Əliyevin Mədəniyyət paytaxtımız Şuşada Novruz tonqalı qalayıb, bayramı Qarabağın ürəyində qeyd etməsi həm də xalqımızın ən böyük arzusunun reallığa qovuşması idi. 29 ildən sonra ilk dəfə xalqımız Şuşadan, cıdır düzündən təbrik edildi.

Millət vəkili, tarixçi alim Musa Qasımlı deyir ki, Dövlət başçısı Şuşada bayram tonqalı qalamaqla Qarabağda, Şuşada daha bir tarixə imza atılmış oldu.Bu, həm də Azərbaycanın zəfər tonqalının rəmzinə çevrildi. 

Şuşanın azad edilməsinin həm də strateji əhəmiyyəti böyükdür. Mədəniyyət paytaxtımız eyni zamanda geosiyasi əhəmiyyət daşıyır. 

Musa Qasımlı deyir ki, Şuşada qalanan tonqal həm də Prezident İlham Əliyevin Azərnaycana rəhbərlik etdiyi dövrdə qarşıya qoyduğu prinsipallığın, qətiyyətli siyasətinin nəticəsidir. 

Dövlət başçısını qətiyyəti, əzmi və seçdiyi düzgün strategiyasının nəticəsidir ki, bu gün xalqımız qalib xalqa çevrilib, Qarabağımız tarixi sahibinə qovuşub. 

Xəbər lenti