Xəzər Xəbər

Sabahdan bu şəxslərin peyvəndlənməsi başlayır VİDEO

Veb TV | 20:53 • 21 Mart 2021
Sabahdan bu şəxslərin peyvəndlənməsi başlayır

Sabahdan etibarən Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərın koronavirusa qarşı vaksinasiyasına başlanır. Həkimlər deyirlər ki, bu şəxslərin vaksin vurdurması daha zəruridir, çünki onlar əksər hallarda xəstəliyi asimptomatik keçirir ki, bu da digər vətəndaşlar üçün daha böyük təhlükə deməkdir. 

Sabahdan etibarən yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına start verilir.

Tibb üzrə fəlsəfə doktoru, həkim-infeksionist Vüqar Cavadzadə deyir ki, yaşı 40-dan yuxarı olan insanlar cəmiyyətin ən aktiv təbəqəsi hesab olunur. Və bu şəxslər əksər hallarda xəstəliyi asimptomatik keçirdiklərindən risk daha böyükdür.

Vüqar Cavadzadənin sözlərinə görə, hazırda ölkədə vaksinasiya prosesi bir neçə istiqamətdə aparılır. 

Qeyd edək ki, bu günə kimi ölkəmizdə koronavirus infeksiyasına qarşı 482 min 664 nəfər peyvənd olunub və bu proses uğurla davam etdirilir. 

 

 

Xəbər lenti