Xəzər Xəbər

Uzunluğu 1 km-dən, hündürlüyü isə 76 m-dən artıq olan asma körpü inşa edilir video

Veb TV | 19:35 • 15 Mart 2021
Uzunluğu 1 km-dən, hündürlüyü isə 76 m-dən artıq olan asma körpü inşa edilir

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur.

Xezerxeber.az-ın məlumatına görə, layihəyə uyğun olaraq bu yolda 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük və 5 kiçik körpünün inşası nəzərdə tutulur. Hazırda Girdmançay, Talıstançay, Ax-Ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir.

Üç körpü - Ağsuçay, Gülyançay və Dəmiraparançay isə trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikilir. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb və yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.

Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü layihələndirilib. Yol Ağsuçayı üzərindəki körpüdən sonra qarşılaşılan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçəcək.

Dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024