Xəzər Xəbər

Ermənistan Azərbaycan ərazilərinə hərbçilər göndərməyə cəhd edir video

Veb TV | 20:39 • 15 Mart 2021
Ermənistan Azərbaycan ərazilərinə hərbçilər göndərməyə cəhd edir

"Ermənistan gecə vaxtı tikinti üçün nəzərdə tutulmuş maşınlarla Azərbaycana hərbçilər göndərməyə cəhd edir".

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov üçtərəfli bəyanat imzalandığı vaxtdan bölgədə gedən proseslərə Ermənistanın yanaşmasını  diqqətə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan bəyanatın şərtlərinə tam əməl edib, Ermənistan isə hətta indi də hərbçilərin gizli yollarla Azərbaycana göndərməyə cəhd edir.

Ann Linde isə bölgədə vəziyyətin dəyişdiyini bildirib. O qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi İsveçin əsas prioriteti Avropadakı təhlükəsizlik sistemini qorumaq və hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləməkdir.

Görüş zamanı hərbi əsirlər məsələsi də müzakirə  edilib.

Ceyhun Bayramov bildirib ki, Azərbaycanın Ermənistana təhvil verdiyi hərbi əsirlərin sayı Ermənistanın Azərbaycana verdiyi hərbi əsirlərin sayından xeyli çox olub. Hətta hərbi əməliyyatlar gedən zaman Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu addımlar atılıb. ATƏT sədrinin qeyd etdiyi şəxslər isə üçtərəfli bəyanat imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad edilmiş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir.

Ceyhun  Bayramov onu da əlavə edib ki, Azərbaycan və İsveç arasında münasibətlər inkişaf etməkdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti