Xəzər Xəbər

Dövlət Neft Fondu dünyada ilk beşliyə düşdü VİDEO

Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşdı
Veb TV | 21:26 • 6 Mart 2021
Dövlət Neft Fondu dünyada ilk beşliyə düşdü

ABŞ-ın nüfuzlu Peterson İnstitutu suveren fondların şəffaflıq və hesabatlılıq üzrə qiymətləndirmə cədvəlini açıqlayıb. Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşliyə düşüb. Mütəxəssislər bildirirlər ki, bu cür mötəbər hesabatlar ölkəyə investisiya cəlb edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşliyə düşüb.

Suveren fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin dəyərləndirməsini həyata keçirən Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-ın nüfuzlu Peterson İnstitutu növbəti cədvəlini açıqlayıb. Ötən ay nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində Dövlət Neft Fondu 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.

Dövlət Neft Fondu suveren fondlar üçün vahid beynəlxalq standartlar toplusu olan Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı qiymətləndirmədə yüksək bal toplayıb. İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, bu cür mötəbər hesabatlar ölkəyə investisiya cəlb edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Dövlət Neft Fondu qiymətləndirmədə hər bir kateqoriya üzrə demək olar ki, maksimuma yaxın bal toplayıb.

Xəbər lenti