Xəzər Xəbər

Azərbaycanın ordusunda yeniliklər olacaq VİDEO

Veb TV | 21:35 • 6 Mart 2021
Azərbaycanın ordusunda yeniliklər olacaq

Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusunun modelinə uyğun qurulacaq. Orduda ediləcək yeniliklərlə bağlı bəzi detallar da üzə çıxmağa başlayıb. Ordu korpuslarının tabe olduğu quru qoşunları komandanlığının yaradılacağı barədə məlumatlar yayılıb.

Azərbaycanın ordusunda yeniliklər olacaq.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız davam edəcək. Türkiyə Ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq fikrindəyik. Dövlət başçısı ötən gün Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında da söyləyib ki, müharibə dövründə önəmli qərarlar qəbul edilib. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq, olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi yerli və beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olmalıyıq. 

Hərbi ekspert Ruslan İmamquliyev bildirib ki, müharibədən sonra belə bir qərarın qəbul edilməsi gözlənilən idi.

Ruslan İmamquliyev vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusu modelində qurulacaq.

Orduda ediləcək yeniliklərlə bağlı bəzi detallar da üzə çıxmağa başlayıb. Son günlərdə sosial şəbəkələrdə və xəbər saytlarında Azərbaycanda Ordu Korpuslarının tabe olduğu Quru Qoşunları Komandanlığının yaradılacağı barədə məlumatlar yayılıb.

 

Xəbər lenti