Xəzər Xəbər

Qazi atanın şəhid oğlu - Şəhid mühəndisin bu gün doğum günüdür VİDEO

Əməkdaşlarımız bu gün 28 yaşı tamam olan şəhidimiz Cavid Həsənovun ailəsində olublar.  
Veb TV | 21:15 • 6 Mart 2021
Qazi atanın şəhid oğlu - Şəhid mühəndisin bu gün doğum günüdür

O, torpaqlarımız işğal olunduqdan sonra dünyaya gəlib. Amma tale ona qələbəni görməyi, bu zəfərin iştirakçısı olmağı qismət edib. Əməkdaşlarımız bu gün 28 yaşı tamam olan şəhidimiz Cavid Həsənovun ailəsində olublar.  


"Mən onun haqqında heç vaxt keçmişdə danışa bilmərəm, çünki o, həmişə var".

2-ci Fəxri Xiyabanda oranı ziyarətə gələnləri təbəssümü ilə ayaq saxladan bir məzar var. Gülüşü əbədilik daşa həkk olunan, görənlərin bir də heç vaxt unuda bilməyəcəyi şəhid Cavid Həsənovun məzarı.

1993-cü il martın 6-da Bakıda dünyaya gəlib. Yüksək ali təhsili, uğurlu karyerası ilə həmişə başqalarına nümunə göstərilib. Amma ən böyük arzusu Vətənin azadlığını görmək olub. 

Uğrunda vuruşduğu torpaqların qələbəsini görmək oğluna qismət olub, birinci Qarabağ müharibəsinin 2-ci qrup əlili, qazisi Mikayıl Həsənovun. Onun Qarabağ müharibəsində döyüşdüyü Fizuli, Horadiz və Ağdam uğrunda oğlu Cavid də döyüşüb. Amma yaşayan mənəm deyir, Cavidin qələbə sevincini də, yoxluğunu da. 

Bu evdə, bu ailədə Ziya və Murad adında iki körpə bala da böyüyür. İndi qardaşı Ceyhun Cavidin həsrətini onlarla ovudur.  

"Bir gün gələcək, mən sizi Şuşadan salamlayacağam" arzusu yerinə yetib Cavidin. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

İndi gülüşünün cənnəti bəzədiyi Cavid "Xovacəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Məkanı cənnət olsun! 

Xəbər lenti