Bakı 12 ℃
Xəzər Xəbər
USD 1.7

Ermənistanın cinayətlərinə hüquqi qiymət veriləcək video

Veb TV | 94 | 21:47 • 2 Mart 2021
Ermənistanın cinayətlərinə hüquqi qiymət veriləcək

Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə, müharibə və insanlıq əleyhinə cinayətlərə, əsassız ərazi iddialarına son qoyulur. Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Nurlan Həsənov bildirib.

O deyib ki, Ermənistan istər birinci, istərsə də ikinci Qarabağ müharibələri zamanı insanlıq əleyhinə cinayətlər törədib, beynəlxalq hüququn fundamental hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinə məhəl qoymayaraq, mülki insanları hədəfə almaqla, xüsusilə uşaq hüquqlarını ciddi şəkildə pozub. Azərbaycan hökuməti tərəfindən hüquqları pozulan vətəndaşlarımızın hüquqlarının bərpası ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə dövlətlərarası ərizə ilə müraciət olunub. Yerli və beynəlxalq hüquqşünaslar tərəfindən hazırlanan hüquqi sənədlərdə bir neçə məsələ öz əksini tapıb.

Millət vəkili qeyd edib ki, Ermənistan tərəfindən törədilən bu cinayətlər müntəzəm olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Ancaq Ermənistanı hansı cəzanın gözlədiyi hələ ki, dəqiq deyil.

Bütün bu insanlıq əleyhinə və müharibə cinayətləri ilə bağlı Ermənistan tərəfi beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli və beynəlxalq qurumlar bu məsələdə ədalət naminə prinsipiallıq göstərməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Çox oxunanlar