Xəzər Xəbər

Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb video

Veb TV | 22:43 • 2 Mart 2021
Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb

Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb. İlk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında qoyulub.

Xezerxeber.az-ın məlumatına görə, ərazinin memarlıq üslubu ilə həmahəng olan pavilyon Heydər Əliyev prospektində, şəhər mərkəzi istiqamətində yerləşir.

Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyi digər bir layihənin də icrasına start verib. Layihəyə əsasən, paytaxt ərazisindəki dayanacaq məntəqələrinin hər birinə individual olaraq adlar veriləcək.

Paytaxt ərazisində bu cür dayanacaqların quraşdırılması davam etdiriləcək.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti