Xəzər Xəbər

Oğurluqla məşğul olan 6 nəfər tutulub video

Veb TV | 19:50 • 2 Mart 2021
Oğurluqla məşğul olan 6 nəfər tutulub

Müştəri taksidən qızıl oğurlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir  sakini İntiqam Yusifov Şəmkir rayonundan Bakıya gəlmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasiləsi zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurlayıb.

Dindirilmə zamanı o,  oğurladığı əşyaları Bakı şəhərində satdığını və əldə etdiyi 3000 manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib.

Abşeron rayonu, Saray qəsəbəsi ərazisində isə vətəndaş Xatirə Zamanovaya qarşı soyğunşuluq edən 24 yaşlı Rahim Səlimzadə və 19 yaşlı Turqut Əliyev saxlanıb. Araşdırma zamanı məlum olub ki, yeznə və qayın qabaqcadan əlbir olaraq Saray qəsəbəsində  yaşlı qadının bankomatdan təqaüdünü guya çıxarmasına kömək etmək məqsədi ilə   əməllərini həyata keçiriblər. Turqut Əliyev kartda olan 400 manat pulu çıxardıqdan sonra  yaxınlıqda onu avtomobillə gözləyən Rahim Səlimzadə ilə aradan çıxıblar.

Cəlilabadda da oğrular saxlanıb. Rayonunun Qarazəncir kəndində yerləşən bir mağazadan  axşam saatlarında ümumilikdə 888 manat dəyərində nağd pul və tütün məmulatlarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Rahil Bağırov, Mətləb Verdiyev və Elbrus Bağırov saxlanıb. Aparılan araşdırmalarla onların həmin gün rayon ərazisindəki daha bir marketdən oğurluq etdikləri müəyyən olunub. Saxlanıldıqdan sonra Rahil Bağırovun üzərinə keçirilən baxış zamanı ondan 1 ədəd "beşbarmaq" adlanan soyuq silah aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti