Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Balaca Zəhranın qisasını alan şəhidimiz – Ailə qurduğu gün şəhid olan Vasif Quliyevin qəhrəmanlıq yolu VİDEO

Beyləqan sakini snayperçi Vasif Quliyev daim qisas hissi ilə yaşayırdı.
Veb TV | 80 | 21:24 • 25 Fevral 2021
Balaca Zəhranın qisasını alan şəhidimiz – Ailə qurduğu gün şəhid olan Vasif Quliyevin qəhrəmanlıq yolu

44 günlük vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı tanıtdırmağa davam edirik. Sıradakı qəhrəmanımız Beyləqan sakini snayper Vasif Quliyevdir. O Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Ötən il sentyabrın 28-də qəhrəmancasına şəhid olub. Onun şəhadətə ucaldığı gün həm də ailə qurmasının 9-cu ildönümü imiş. Vasif Quliyev ''Vətən uğrunda'' və ''Füzulinin azad edilməsinə görə''  medallları ilə təltif edilib.

Ermənilərin atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutduğu dövrdə döyüş yoldaşlarından birinin ölməsi, düşmənin dinc əhalini hədəfə alması, 2017-ci ildə düşmənin füzuli rayonunun alxanlı kəndini minatan və qumbaraatanlarla atəşə tutması nəticəsində azyaşlı Zəhranın həlak olması ona çox pis təsir göstərmişdi.

Beyləqan sakini snayperçi Vasif Quliyev daim qisas hissi ilə yaşayırdı. O, 2016-cı ilin aprel döyüşlərində iştirak edərkən böyük qəhrəmanlıq göstərib. Lələtəpənin azad edilməsi zamanı yaralanaraq xəsarət alıb. Buna baxmayaraq ordudan tərxis olunmasına razılıq verməyib. O, düşmənin təxribatlarının qarşısını alarkən yaraladığı və öldürdüyü ermənilərin sayı qədər güllələri Zəhranın qəbrinin üstünə qoyurmuş.

Vasif Quliyev ikinci Vətən müharibəsi başlayanda döyüşlərə baş snayperci  kimi qatılıb. Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Ötən il Sentyabrın 28-də Füzuli rayonunun Seyid Əhmədli kəndinin işğaldan azad edilməsi zamanı şəhid olub. Onun şəhid olduğu gün toyunun ildönümü imiş.

14 ilə yaxın Azərbaycan ordusunda xidmət etmiş şəhid snayperçimiz  ''Vətən uğrunda'' və ''Füzulinin Azad edilməsinə görə''  medallları ilə təltif edilib.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021