Xəzər Xəbər

Mustafa Şentop: Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir VİDEO

Bunu bu gün TBMM-in sədri Mustafa Şentop deyib.
Veb TV | 21:31 • 25 Fevral 2021
Mustafa Şentop: Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir

Ermənilər vəhşiliklərinə görə dünyada ilk yerdə durur. Onların Xocalıda törətdikləri soyqırım 20-ci əsrin ən ağır cinayətidir. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı Soyqırımının 29-cu ildönümü münasibətilə məclisdə keçirilən rəsm sərgisində çıxış edərək bildirib ki, Türkiyə olaraq insanlıq tarixinə ləkə olan bu qətliamı dünyaya tanıtmaqda Azərbaycanın yanında olacağıq. 

"Xocalı soyqırımı XX əsrin ən ağır cinayətlərinin önündə gəlir".

Bunu bu gün Türkiyə Böyük Millət Məclisində keçirilən Xocalı soyqırımının anım mərasimində  TBMM-in sədri Mustafa Şentop deyib. O bildirib ki, ermənilər həmin gün günahsız insanları, o cümlədən yaşlıları, qadınları, uşaqları qəddarlıqla öldürməklə öz vəhşiliklərini dünyaya göstərdilər. Ermənilər vəhşiliklərinə görə dünyada ilk yerdə durur. 

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq- deyən Mustafa Şentop bildirib ki, Türkiyə təkcə bir qardaş kimi deyil, eyni zamanda haqlı olduğu üçün bu qətliamı dünyaya tanıtmaqda Azərbaycanın dəstəkdir. 

Mustafa Şentop 44 günlük Vətən müharibəsi haqqında danışaraq Azərbaycan xalqının böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsindəki qələbə ermənilərin Azərbaycan xalqına vurduğu yaralara məlhəm sürdü.

Xəbər lenti