Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Tonlarla soğan anbarlarda çürüyür VİDEO

Şəmkirli fermerlər bu il əkdikləri soğanı sata bilməməkdən gileylənirlər.
Veb TV | 86 | 21:16 • 25 Fevral 2021
Tonlarla soğan anbarlarda çürüyür

Şəmkirli fermerlər bu il əkdikləri soğanı sata bilməməkdən gileylənirlər. 6 aya yaxındır ki, yığılmış min tondan artıq məhsul artıq xarab olmaq üzrədir. Fermerlər əziyyətlə becərdikləri məhsulun satışı üçün çıxış yolu axtarırlar.

Əkib becərdilər, aylarla qulluq etdilər, ancaq sahələrdən yığdıqları tonlarla məhsulu bazara çıxarmaqda çətinlik çəkirlər. Şəmkirin Yeni Həyat kəndindən olan fermerlər bu il becərdikləri soğanı payızdan bəri sata bilmirlər.

Həm anbarda, həm də həyətlərdə yüzlərlə ton məhsul qalıb. Təsərrüfat sahiblərinin satışa dair ümidləri isə gün keçdikcə daha da azalır.

Müvəqqəti çıxış yolu kimi evlərdə yığılmış məhsul arabir seçilərək təmizlənir. Ancaq bu da vəziyyətdən çıxış üçün yetərli deyil. Fermerlər deyirlər ki, bu cür vəziyyətin yaranmasına xaricdən böyük miqdarda soğan idxal edilməsi səbəb olub.  

Hazırda yerində soğanın bir kiloqramının qiyməti 30-40 qəpiyə qədər düşsə də, məhsula alıcı tapmaq olmur.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021