Bakı 20 ℃
Xəzər Xəbər
USD 1.7

Prezidentin köməkçisi:Türkiyə sülhün qorunmasında aktiv iştirak etməlidir VİDEO

Türkiyə sülhün qorunmasında aktiv iştirak etməlidir
Veb TV | 361 | 21:52 • 27 Yanvar 2021
Prezidentin köməkçisi:Türkiyə sülhün qorunmasında aktiv iştirak etməlidir

"Türkiyə cənubi qafqazda gedəcək proseslərdə, eləcə də hələ də kövrək olan sülhün qorunmasında aktiv iştirak etməlidir". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili" adlı vebinarda Prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O, bildirib ki, regionda sülhün davamlılığını təmin edəcək sistem qurulmalıdır.

 

 

Azərbaycan və Türkiyə əlaqələrini bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib. Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev Azərbaycan - Türkiyə münasibətlərinin gələcək 10 ili adlı vebinarda deyib. Hikmət Hacıyev bildirib ki, bütöv regionun geniş mənada geosiyasəti dəyişdirilməlidir.

 

Hikmət Hacıyev bildirib ki, Azərbaycanı Türkiyə ilə birləşdirən önəmli bir layihə kommunikasiya xətlərinin açılmasıdır. 3 tərəfli birgə bəyanata əsasən Mehridən Naxçıvana giriş xəttinin açılması məsələləri müzakirə olunacaq. Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan və Türkiyəyə qarşı güclü qarayaxma kampaniyaları aparılır. Bunların qarşısının alınması üçün bizim birgə səylərimizə böyük ehtiyac var. Gələn dövrlər ərzində qarşıda duran əsas iş Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafına nail olmaqdır.

 

Hikmet Hacıyev bildirib ki, Beynəlxalq sülhə və təhlükəsizliyə cavabdeh olan qurumlar tamamilə qeyri-effektiiv şəkildə fəaliyyət göstərirlər. Azərbaycan bunu öz təcrübəsində də gördü. Azərbaycanla Türkiyə arasındakı olan əlaqələr sıradan əlaqələr deyil. Bu, stabil əlaqələr, qardaşlıq münasibətləridir. Qarşıdan gələn onilliklərdə, yüzilliklərdə də Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri davam edəcək və daha da güclənəcək.

 

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021