Xəzər Xəbər

Fransız mədəniyyət xadimləri saxta müraciətin altından şübhəli imza qoyublar - VİDEO

Veb TV | 20:56 • 4 Dekabr 2020
Fransız mədəniyyət xadimləri saxta müraciətin altından şübhəli imza qoyublar -

"Tarixi dəqiq və müfəssəl öyrənmədən və obyektiv araşdırma aparmadan baş verənlər haqqında bu cür bəyanatlar vermək mədəniyyət xadimlərinə yaraşmır".

Xezerxeber.az-ın məlumatına görə, bunu Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-ya ünvanladığı müraciətdə deyib.

O qeyd edib ki, bu cür ciddi hadisələrə yanaşma meyarlarının əsasında qərəzsizlik, tarixi situasiyanın obyektiv analizi və əlbəttə ki, beynəlxalq hüquq dayanmalıdır.

Murad Hüseynov müraciətində tarixi faktlarla çıxış edərək, Qarabağın qədim mədəniyyət mərkəzi, xalçaçılıq sənətinin, bir çox Azərbaycan bəstəkarı və musiqiçisinin, yazıçı və aliminin vətəni olduğunu qeyd edib.

Xalq artisti Fransız mədəniyyət xadimlərinin öz ədalətsizlikləri ilə bütöv bir xalqın müqəddəs hisslərini təhqir etdiklərini, yanlış müraciət və bəyanatın altına şübhəli imza qoyduqlarını bildirib.

Qeyd edək ki, bu günlərdə Fransanın tanınmış bir qrup mədəniyyət xadiminin Qarabağdakı erməni separatçılığını dəstəkləyən, yalan və böhtan üzərində hazırlanmış müraciəti yayılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti