Xəzər Xəbər

Döyüşlərdə şücaət göstərən qazimiz evinə dönərkən belə qarşılandı - VİDEO

Veb TV | 19:07 • 10 Noyabr 2011
Döyüşlərdə şücaət göstərən qazimiz evinə dönərkən belə qarşılandı -

Xocavənd uğrunda gedən döyüşlərdə şücaət göstərən əsgər Fərid Nəzərov yaşadığı evin qarşısında coşqu ilə qarşılanıb.

O, şiddətli döyüşlərin 40-cı günündə Xocavənd rayonunda ağır yaralanıb. Fərid bu gün sağalaraq evinə dönüb.

Xezerxeber.az-ın məlumatına görə, Fərid Nəzərov əsgər yoldaşlarının köməyi ilə döyüşlərin getdiyi ərazidən çıxarılaraq hospital aparılıb.

O, yaşadığı paytaxtın Binə qəsəbəsində əsl qəhrəman kimi qarşılanıb. Anası və atası sevinc gözyaşları ilə qəhrəman övladını qucaqlayıb, sağ gəlişinə qurban kəsiblər.

Fərid Nəzərov ötən ilin aprel ayında əsgər kimi Ağcabədi rayonunda ''N'' saylı hərbi hissədə xidmətə başlayıb. Qəhrəmanımız deyir ki, sentyabrın 27-də düşmən təxribatının qarşısını almaq üçün ön cəbhəyə gediblər və döyüşlərə başlayıblar.

Anası Şəmsürə Nəzərova indi qəhrəman oğlu ilə fəxr edir. O deyir ki, oğlu birinci Qarabağ müharibəsində şəhid olan dayısı Eldar Xamıyevin qisasını almaqla yanaşı, həm də doğma Qarabağımızın azad edilməsində böyük şücaət göstərib.

Övladını qalib döyüşçü kimi qarşılayan atası Rövşən Nəzərovun da sevincinin həddi-hüdudu yoxdur. Ata da oğlu ilə fəxr etdiyini deyir.

Xocavənd rayonu və onun bir neçə kəndinin azad olunmasında şərəfli döyüş yolu keçən Fərid Nəzərov indi ''Vətənə Sağ Olsun!'', ''Vətənə canım qurban olsun!'' deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti