Xəzər Xəbər

Ermənilər Qarabağı tərk edərkən də çirkin niyyətlərindən əl çəkmirlər - VİDEO

Veb TV | 21:30 • 17 Noyabr 2020
Ermənilər Qarabağı tərk edərkən də çirkin niyyətlərindən əl çəkmirlər -

Ermənilər işğaldan azad edilən torpaqlarımızdan geri çəkilərkən də öz çirkin niyyətlərindən əl çəkmirlər. Onlar tərk etdikləri yerlərdə, yaşayış evlərinin girişlərində hərbçilərimiz üçün tələlər qururlar.

Xezerxeber.az-ın məlumatına görə, əsgərlərimiz tərəfindən çəkilən videogörüntülərdə düşmənin növbəti təxribatının üstü açılıb.

Məlum olub ki, ermənilər tərk etdikləri qapalı bir məkana qumbara qoyub və alışdırıcısını iplə qapıya bağlayıblar. Ancaq hərbçilərimiz peşəkar davranışları ilə onların xain planlarını ifşa ediblər.

Hərbi ekspert, ehtiyatda olan polkovnik- leytenant Ruslan İmamquliyev deyir ki, ermənilərin bu cür əməlləri "bubi tələləri" adlanır. Bu cür üsullardan isə qeyri-döyüş şəraitində istifadə etmək hərbi cinayət hesab olunur.

Ruslan İmamquliyevin sözlərinə görə, düşmənin bütün çirkin niyyətləri əsgərlərimiz tərəfindən ifşa olunur. Çünki Azərbaycan Silahlı Qüvvələrində düşmənin bu cür təxribatlarının qarşısının alınması üçün yüksək səviyyəli təlimlər keçirilir.

Nəzərə alsaq ki, düşmənimiz ermənilərdir, deməli, ehtiyatı əldən vermək olmaq. Çünki onlar çirkin niyyətlərini həyata keçirmələri üçün hər cür təxribat törətməyə əl atır.

Ruslan İmamquliyev deyir ki, həm hərbçilərimiz, həm də yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdan mülki insanlarımız düşmənin belə təxribatlarına qarşı hazırlıqlı olmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti