Xəzər Xəbər

Paris meri Qarabağdakı separatçı rejimi tanımaq istəyir - VİDEO

Veb TV | 20:53 • 17 Noyabr 2020
Paris meri Qarabağdakı separatçı rejimi tanımaq istəyir -

Paris meri Qarabağdakı qeyri-legitim rejimi rəsmən tanımağa hazırlaşır.

Separatçı qurumun tanınması təşəbbüsü Fransa paytaxtının meri Enn İdalqodan gəlib.

Bu proses Fransanın son dövrlər, xüsusən də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür.

Ermənilərə yaxınlığı ilə tanınan Enn İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də Qarabağdakı separatçı rejimi dəstəkləyən təşəbbüsləri olub. O, Fransada erməni kilsəsinin açılışında iştirak edib, qondarma "erməni soyqırımı" ilə bağlı tvitlər paylaşıb. Fransada erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Jan-Mark Ara Toronyanın qızı Anuş Toronyanı öz müavini təyin edib. Enn İdalqo 2015-2018-ci illərdə Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb.

Millət vəkili Ramil Həsən deyir ki, Azərbaycan beynəlxalq prinsiplər çərçivəsində rəsmən öz ərazisi kimi tanınan topraqları işğaldan azad edib. Məğlubiyyətlərini həzm edə bilməyən ermənilər də vandal və provokativ addımlar atırlar. Erməni lobbisinin təsiri altında olan bəzi təşkilat və şəxslər də onların oyuncağına çevrilir. Lakin Paris merinin bu təşəbbüsü beynəlxalq prinsiplərə uyğun olmayan mənasız bir addımdır.

Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Emmanuel Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə də işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Məlumata görə, Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib. Lakin onların səyləri heç bir nəticə vermədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti