Xəzər Xəbər

Baş prokurorluğun Ermənistanın hərbi cinayətləri ilə bağlı bir aylıq hesabatı VİDEO

Veb TV | 20:27 • 27 Oktyabr 2020
Baş prokurorluğun Ermənistanın hərbi cinayətləri ilə bağlı bir aylıq hesabatı

Döyüş meydanında Azərbaycan ordusunu qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri cəbhəboyu rayon və kəndlərimizi, eləcə də döyüş əməliyyatlarının aparıldığı ərazilərdən xeyli uzaq məsafədə yerləşən şəhərlərimizi atəşə tutmaqla beynəlxalq hüququn normal və prinsiplərini kobud şəkildə pozurlar. Sentybarın 27-dən indiyədək onların törətdikləri terrorçuluq əməlləri nəticəsində xeylidinc sakin həlak olub və mülki obyektlər, yaşayış evləri dağılıb. Baş vermiş bütün faktlarla bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.


Erməni silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətiyi terrorçuluq əməllərinə görə 41 cinayət işi başlanıb.Bunu''Xəzər Xəbər''ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib. O, bildirib ki, işğalçı Ermənistan ordusunun4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10- qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Kənan Zeynalov deyir ki, düşmən cəbhəboyu yaşayış məntəqlərini də davamlı olaraq atəşə tutur.


Kənan Zeynalov deyir ki, Ermənistan silahlı qüvvələri dinc əhalini atəşə tutmaqla, onları öldürmək və yaşadıqları evləri dağıtmaqla beynəlxalq hüquun norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyasını və onun protokollarını kobud şəkildə pozublar. Bütün faktlarla bağlı cinayət işi başlanıb.


Kənan Zeynalov vurğulayıb ki, Ermənistanın işğalçı və təcavüzkar siyasətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədi ilə Baş Prokurorluq tərəfindən bütün beynəlxalq qurumlara müraciət ediləcək.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024