Xəzər Xəbər

Düşmən ordumuzun qarşısında döyüşməkdən qaçır VİDEO

Veb TV | 20:48 • 27 Oktyabr 2020
Düşmən ordumuzun qarşısında döyüşməkdən qaçır

Düşmən ordumuzun qarşısında döyüşməkdən qaçır. Özü də sözün əsl mənasında canlarını götürüb qaçır. Silah sursat, hərbi texnikanı özləri ilə aparmağa heç imkanları da olmur. Çünki müzəffər ordumuz ikiüzlü, xain düşmənə bir saniyə də olsa aman vermir. Bunun təsdiqi olan görüntüləri təqdim edirik.


İşğaldan azad edilmiş torpaqlarda düşmən yenə xeyli sayda hərbi texnika qoyaraq qaçıb.


İşlək vəziyyətdə olan bu zirehli texnikalar düşmənin atıb getdiyi döyüş arsenalının yalnız bir hissəsidir. Ordumuzun həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətdə qalan erməni silahlı birləşmələri texnikalarının böyük bir hissəsinin məhv edildiyini görərək əllərində olanları da qoyaraq qaçıblar.


8 tank, 1 BMP qiyməti milyonlarla dollar olan texnikalarıdır. Onlar Azərbaycan ordusunun hərbi texnikasının rənginə boyanır. Zirehli texnikalarla yanaşı düşmən silah arsenalını və digər hərbi ləvazimatları da qoyaraq qaçır.


Həbçilərimiz tərəfindən döyüş zamanı vurularaq az zərər görmüş digər texnikalar da hissə hissə döyüş meydanından çıxarılır. Həmin texnikaları yenidən istismar etmək üçün restavrasiya etmək mümkün olur.

Xəbər lenti