Xəzər Xəbər

Fransa həmsədr dövlət deyil? - VİDEO

Veb TV | 19:16 • 25 Oktyabr 2020
 Fransa həmsədr dövlət deyil?  -

Fransa parlamentinin nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri bu dövlətin həmsədr ölkə kimi nufuzuna ciddi zərbə vurur.

Xezerxeber.az-ın məlumatına görə, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, hərbi əməliyyatların getdiyi bir vaxtda həmsədr ölkələr neytral mövqedən çıxış etməli və məsuliyyətli olmalıdırlar.

Rəsmi Paris nə qədər gec deyil, erməni lobbi qrupları ilə əməkdaşlığına son qoymalıdır.

Zaur Məmmədov qeyd edib ki, Fransa parlamentinin üzvlərinin əksəriyyəti erməni lobbisi tərəfindən maliyyələşdirilir və bu hal hər kəsə məlumdur.

Onun sözlərinə görə, bu səfər Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı yeni hərbi cinayətlər törətməyə, ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirməyə daha da cəsarətləndirir. Amma Fransa, eləcə də digər ölkələrin nə etmələrindən asılı olmayaraq, Azərbaycan öz mövqeyində qətidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti