Xəzər Xəbər

Dövlət təhsilin inkişafına böyük önəm verir VİDEO

Veb TV | 21:04 • 14 Sentyabr 2020
Dövlət təhsilin inkişafına böyük önəm verir

Sabah biri Bakıda olmaqla ümumilikdə 8 yeni tam orta məktəb binası istifadəyə veriləcək. Həmçinin, 30 modul tipli məktəb də ilk dərs günündə qapılarını şagirdlərin üzünə açacaq. Ekspertlər bildirirlər ki, son 17 ildə bu sahədə görülmüş işlər təhsilə verilən önəmin göstəricisidir. Qeyd edilir ki, tikinti işləri ilə yanaşı, ciddi problemlər olan bir çox istiqamətlərdə də son illərdə tam şəffaflıq təmin olunub.

Son illərdəki dəyişikliklər göstərir ki, dövlət təhsilin inkişafına böyük önəm verir.

Ekspertlər bildirirlər ki, Prezident İlham Əliyevin bu gün paytaxtın Suraxanı rayonundakı 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak etməsi dövlətin təhsilə verdiyi önəmdən irəli gəlir. Bu cür müasir tədris ocaqlarının istifadəyə verilməsi ilk olmadığı kimi son da deyil. Təkcə sabah biri Bakıda olmaqla ümumilikdə 8 yeni tam orta məktəb binası istifadəyə veriləcək. Həmçinin, 30 modul tipli məktəb də ilk dərs günüdə qapılarını şagirdlərin üzünə açacaq. Eləcə də əsaslı təmir edilmiş 5 məktəb binası sabahdan istifadədə olacaq. Bütün bunlar onu göstərir ki, təhsilin, insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətidir.

Təhsil Eksperti Elçin Əfəndi deyir ki, son 17 ildə bu sahədə görülmüş işlər açıq-aydın ortadadır. Ciddi problemlər olan bir çox istiqamətlərdə son illərdə tam şəffaflıq təmin olunub. Tələbələrin köçürülməsi əvvəlki dövrlərdən fərqli olaraq transfer.edu.az saytı vasitəsilə şəffaf şəkildə aparılır. Həmçinin, 1-ci sinfə qəbul qaydaları da elektronlaşdığından bu proses zamanı həm valideynin vaxt itkisi olmur, həm də süni maneələr aradan qalxıb.

Ekspertlər vurğulayırlar ki, bu tədris ilindən müəllimlərin sertifikasiyasının aparılması da təhsilin keyfiyyətini daha da yüksəldəcək.

Xəbər lenti

Çox oxunanlar