Xəzər Xəbər

“Dəniz kuboku” müsabiqəsi davam edir - VİDEO

Veb TV | 18:11 • 28 Avqust 2020
“Dəniz kuboku” müsabiqəsi davam edir -

"Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən "Dəniz kuboku” müsabiqəsi davam edir.


Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, müsabiqə dövründə komandalar "Üzən minaya artilleriya atışı”, "Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” və "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” çalışmaları üzrə bacarıq və vərdişlərini nümayiş etdirərək tapşırıqlar icra edib.


Keçirilən 3 mərhələnin yekun nəticəsinə görə beynəlxalq hakimlər briqadasının qərarına əsasən Azərbaycan və Rusiya komandaları bərabər bal toplayıblar.


"Dəniz kuboku” müsabiqəsi sentyabrın 5-dək davam edəcək.



Xəbər lenti

Çox oxunanlar