Xəzər Xəbər

2020-ci ilin dövlət büdcəsinə yenidən baxılır VİDEO

Veb TV | 09:04 • 6 Avqust 2020
2020-ci ilin dövlət büdcəsinə yenidən baxılır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilib. Millət vəkilləri 2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliyi müzakirə edib və birinci oxunuşda qəbul ediblər. İclasda qeyd olunub ki, büdcə gəlirləri azaldılsa da bu amil sosial ödənişlərin həyata keçirilməsinə təsir etməyəcək. Eyni zamanda deputatlar 190 manatlıq sosial ödənilşin verilməsinin növbəti aylarda da davam etdirilməsi eyni zamanda yeni tədris ilindən təhsil haqqlarının azaldılamsını təklif ediblər.

İyul ayında Tovuz istiqamətində baş verən döyüşlərdə şəhidə olan hərbiçilərimizin və ötən gün dünyasını dəyişən millət vəkili, ağsaqqallar şurasının sədri Fəttah Heydərovun ruhunun 1 dəqiqlik sükutla anılması ilə başlayan plenar iclasda əsas müzakirə mövzusu, 2020-ci ilin dövlət büdcəsinə dəyişikliyin edilməsi bağlı idi.Sədr Sahibə Qafarova vəmillət vəkilləri koronavirus pandemiyasının mənfi təsirləri və neftin qiymətinin kəskin ucuzlaşmasının bu ilin büdcəsinə yenidən baxılmasını zəruri etdiyini vurğulayıblar.

Maliyyə naziri Samir Şərifov isə büdcə gəlirlərinin əsasını təşkil edən neftin qiymətinin uculaşması və digər mənfi iqtisadi təzyiqlər səbəbi ilə Ümum daxili Məhsulun dəyərinin də azaldığını amma ilin sonun kimi bu azalmanın 5 % i keçiməyəcəyinin proqnozlaşdırıldığını bildirib.

İclasda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət büdcəsinə daxil olmaların azalmasına baxmayaraq vətəndaşlara verilən sosial ödənişlərdə azalmaya gedilməyəcəyini şəffaflıq tədbirlərinin gücləndirilməsi ilə büdcəyə qənaətin təmin edildiyini və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini açıqlayıb. O, bu il ərzində sosial ödənişlərində müşahidə edilən artımlarla bağlı da məlumat verib.

Müzakiərlərdən sonra dəyişiklər millət vəkilləri tərəfindən qəbul edilib. Eyni zamanda müzakirələr zamanı pandemiya səbəbi ilə vətəndaşlara verilən 190 manatlıq sosial ödənişin davam etdirilməsi, növbəti tədris ilində təshil haqlarının əhəmiyyətli dərəcədə azaldılması ,eyni zamanda iqtisadiyyatın dirçəlməsi üçün sahibkarlıq subyektlərinə daha böyük həcmli dəstəyin göstərilməsini təklif ediblər.

Qeyd edək ki, 2020 ci ilin büdcəsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinə baxılması sabah da davam etdiriləcək.

Xəbər lenti

Çox oxunanlar