Xəzər Xəbər

"Azəriqaz" smart kart tipli 200 ədəd yeni sayğaclar gətirib - VİDEO

Veb TV | 08:58 • 10 İyul 2020
"Azəriqaz" smart kart tipli 200 ədəd yeni sayğaclar gətirib -

Almaniyanın "Zenner" şirkətinin istehsalı olan smart kart tipli müasir sayğacların 200 ədədi Azərbaycana gətirilib.


"Azəriqaz" İB-dən xezerxeber.az-a verilən məlumata görə, yaxın günlərdə pilot layihə çərçivəsində bu sayğacların test sınaqlarına başlanılacaq.


Hər bir sayğacın kartı üzərində gələcək. Qurğu abonentin ünvanında quraşdırılarkən, kartın tanıdılması yerində icra ediləcək və abonent "ASAN xidmət" və ya "ASAN kommunal" mərkəzlərinə cəmi bir dəfə - məlumatların abonent bazasına yerləşdirilməsi üçün gedəcək. Bununla da hazırda abonentlərin qarşılaşdıqları vaxt itkisi aradan qalxacaq.


Yeni qaz ölçü qurğusunun menyusunda əməliyyatlar sadələşdirilib.



Xəbər lenti