Xəzər Xəbər

Bakıda torpaq bahalaşıb - VİDEO

Veb TV | 20:48 • 29 İyun 2020
Bakıda torpaq bahalaşıb -

Paytaxt Bakının torpaq bazarında bahalaşma müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu əmlak eksperti Ramil Qasımzadə deyib.

O bildirib ki, bahalaşma Nizami, Nərimanov və Nəsimi rayonlarında daha qabarıq formada qeydə alınıb. Bu rayonlarda 1 sot torpaq ötən illə müqayisədə 15-20 faiz bahalaşıb.

Qaradağ və Sabunçu rayonlarında isə bahalaşma elə də yüksək deyil. Sözügedən rayonlarda qiymət artımı torpaq sahəsinin yerləşdiyi əraziyə görə qeydə alınıb.

Əmlak eksperti qeyd edib ki, qiymət artımı bazara çıxarılan torpaq sahələrinin həcmi ilə bağlıdır.

Ekspert əlavə edib ki, qiymətlərdə müşahidə edilən bahalaşma mövsümi xarakter daşıyır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar