Bakı 7 ℃
Xəzər Xəbər
USD 1.7

Koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olunub - VİDEO

Veb TV | 704 | 18:35 • 26 Mart 2020
Koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olunub -

"WhatsApp” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə "Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir rayon polis şöbəsində araşdırmalar başlanılıb.

Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması müəyyən edilib və o, aidiyyəti üzrə rayon polis şöbəsinə dəvət olunub.

Aparılmış araşdırmalarla E. Məmmədovanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə tərəfindən həmin qadın barəsində inzibati həbs qətimkan tədbiri seçilib.



Rubrikanın digər xəbərləri

"Milan" səfərdə sevindi
"Milan" səfərdə sevindi VİDEO
11 | 16:10 • 8 Mart 2021
"Liverpul" bu dəfə "Fulhem"ə uduzdu
"Liverpul" bu dəfə "Fulhem"ə uduzdu VİDEO
16 | 15:38 • 8 Mart 2021
Mançester derbisində 2 qol
Mançester derbisində 2 qol VİDEO
11 | 15:30 • 8 Mart 2021
Madrid derbisində qollu bərabərlik
Madrid derbisində qollu bərabərlik VİDEO
26 | 15:02 • 8 Mart 2021
Falkaonun dublu "Qalatasaray"a kifayət etmədi
Falkaonun dublu "Qalatasaray"a kifayət etmədi VİDEO
21 | 14:56 • 8 Mart 2021
Zəngilanın Qaragöz kəndi
Zəngilanın Qaragöz kəndi video
32 | 12:59 • 8 Mart 2021
YAP-ın qarşısında yeni vəzifələr durur
YAP-ın qarşısında yeni vəzifələr durur video
76 | 22:37 • 7 Mart 2021
Neft bahalaşır
Neft bahalaşır video
77 | 21:19 • 7 Mart 2021

Çox oxunanlar