Xəzər Xəbər

"Bakı Metropoliteni"ndən koronavirusla bağlı ƏHALİYƏ MÜRACİƏT VİDEO

Veb TV | 19:06 • 24 Mart 2020
"Bakı Metropoliteni"ndən koronavirusla bağlı ƏHALİYƏ MÜRACİƏT

Son günlərdə metrodan istifadə edən sərnişinlərin sayı azalıb. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin hərəkət xidmətinin rəisi Etibar Isayev deyib. O bildirib ki, sərnişinlərə metrodan daha az istifadə etmək tövsiyə olunur.Metrodan istifadə edən sərnişinlər azalsa da, qatarların sayı və hərəkət intervalı əvvəlki kimi saxlanıb.

Sərnişinlərə metrodan daha az istifadə etmək tövsiyə olunur...

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət xidmətinin rəisi Etibar İsayev bildirib ki, yaşı 65-dən çox olduğu təxmin edilən sərnişinlərə də əməkdaşlar müvafiq tövsiyələrini verəcəklər.

Etibar İsayev sərnişinləri tövsiyələrə əməl etməyə çağırıb.

Etibar İsayev bildirib ki, metrodan istifadə edən sərnişinlər azalsa da, qatarların sayı və hərəkət intervalı əvvəlki kimi saxlanıb. İş saatlarında da heç bir dəyişiklik yoxdur.

Xəbər lenti